"Partnyorum ölkəsini külə çevirir" - Filipp Kirkorov
9-01-2023, 21:07
8 991

"Partnyorum ölkəsini külə çevirir" - Filipp Kirkorov

Sovet-rus estrada müğənnisi Filipp Kirkorov Ukraynanın sanksiya siyahısına düşməsinə münasibət bildirib.
TASS xəbər verir ki, sənətçi İnstaqram səhifəsində Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edib.
Müğənni mahnılarının sanksiya siyahısına salınması ilə bağlı "təbrikləri qəbul etdiyini" də qeyd edib. Həmçinin, o,  istedadının və populyarlığının tanınmasına görə təşəkkür edib.
"Çəkiliş meydançasında olan köhnə yoldaşım və partnyorum rola həddən artıq girib. Bu, okeanın o tayından göndərdikləri ssenari həm onu, həm də əmanət olduğu ölkəsini külə çevirir”, - müğənni vurğulayıb.

Oxşar xəbərlər