Bolsonaro tərəfdarlarını tənqid etdi
9-01-2023, 12:25
8 398

Bolsonaro tərəfdarlarını tənqid etdi

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro tərəfdarlarını Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə soxulmaqda ittiham edib.
Tvitter hesabında baş verənlərə münasibət bildirən Bolsonaro, "Qanunlar çərçivəsində dinc nümayişlər demokratiyanın bir parçasıdır. Ancaq bu gün olduğu kimi, 2013 və 2017-ci illərdə də solçuların vandalizmi və ictimai binaların işğalı bu qaydadan kənardır”, - deyə ifadə edib. 
“İşlədiyim müddətdə mən həmişə Konstitusiyanın dörd xəttinə sadiq olmuşam və qanunu, demokratiyanı, şəffaflığı və müqəddəs azadlığımızı müdafiə etmişəm”, - Bolsonaro bildirib. 
Lulanın prezident andiçmə mərasiminə 2 gün qalmış, 30 dekabr 2022-ci ildə ABŞ-ın Florida ştatına gedən ifrat sağçı Bolsonaro hələ seçki məğlubiyyətini açıq şəkildə qəbul etməmişdi.
Braziliyada dünən ordudan müdaxilə tələbi ilə şüarlar səsləndirən qruplar polis səddini aşaraq Milli Konqres binasına daxil olublar.
Bolsonaro tərəfdarı olan ifrat sağçı etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazla müdaxilə edən polis qrupların daha sonra Prezident Sarayı və Ali Məhkəmə binasına daxil olmasına mane ola bilməyib.
Milli Konqresə və Prezident Sarayına basqın edən keçmiş prezident Jair Bolsonaronun tərəfdarları təhlükəsizlik qüvvələri tərəfindən bu binalardan çıxarılaraq nəzarətə götürülüb.

Oxşar xəbərlər