Şahzadə Harri ailəsindən şikayət etdi: “Mən çatanda kraliça II Elizabet artıq ölmüşdü”
10-01-2023, 11:17
2 046

Şahzadə Harri ailəsindən şikayət etdi: “Mən çatanda kraliça II Elizabet artıq ölmüşdü”

Britaniya monarxı III Çarlzın oğlu şahzadə Harri ailəsindən şikayət edib.
O bildirib ki, kral ailəsinin üzvləri kraliça II Elizabetlə vidalaşmaq üçün Şotlandiyanın Balmoral qəsrinə getdikləri zaman onu mindikləri təyyarəyə dəvət etməyiblər.
Şahzadə bu barədə ABŞ televiziya kanalı CBS-yə müsahibəsində deyib.
“Vindzor və Askot bölgəsində yaşayan kral ailəsinin bütün üzvləri 12 və ya 14, bəlkə də, 16 yerlik bir təyyarəyə birlikdə mindilər, məni dəvət etmədilər”, - deyə o qeyd edib.
Şahzadə Harrinin sözlərinə görə, o, Balmoral qəsrinə çatanda artıq kraliça vəfat edibmiş.
Mənbə: TASS

Oxşar xəbərlər