İranlı futbolçu Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib
10-01-2023, 11:26
2 050

İranlı futbolçu Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib

İranlı futbolçu Əmir Rza Nəsr Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib.
26 yaşlı idmançı İsfahanda payız etirazları zamanı 3 polis əməkdaşının öldürülməsində iştirak etməkdə, həmçinin ictimai təhlükəsizliyi pozmaq və qeyri-qanuni təşkilata üzv olmaqda təqsirli bilinib.
Eyni zamanda, o, cinayətlərdən birinə görə maksimum müddətdə - 16 il həbsdə qalacaq, çünki İran qanunlarına görə, o, bütün cinayətlərə görə cəzanı eyni vaxtda çəkəcək.
Mənbə: RenTV

Oxşar xəbərlər