İsti hava İsveçrədə problem yaradıb
10-01-2023, 11:27
2 069

İsti hava İsveçrədə problem yaradıb

Normal şəraitdə ilin bu vaxtında rekord aşağı temperaturun qeydə alındığı İsveçrə Alp dağlarında bu il kifayət qədər qarın yağmaması xizəkçilər və xizək kurortlarının operatorları üçün problem yaradır.
İqlim dəyişikliyinin təsiri ilə xüsusilə ilin ilk günlərində Avropada temperaturun mövsümi normalardan yüksək olduğu, bəzi yerlərdə isə 20 dərəcəni keçən temperaturun yaşandığı müşahidə edilib.
Yanvarın 1-də Alp dağlarının şimalında 20,9 dərəcə ilə “bütün zamanların ən yüksək yanvar temperaturu” qeydə alınıb.
İsveçrədəki bəzi müəssisələr qış idman sahələri əvəzinə yay velosiped yollarını açıblar.
Bəzi xizək kurortları qarın olmaması, güclü yağış və yüksək temperatur səbəbilə növbəti xəbərdarlığa qədər bağlanmağa qərar veriblər.
Bern şəhərinin Qrindelvald kəndində ənənəvi olaraq hər il keçirilən Ümumdünya Qar Festivalı da ləğv edilib.
Mənbə: Anadolu

Oxşar xəbərlər