"iPhone 15" haqqında ilkin məlumatlar AÇIQLANDI
10-01-2023, 12:27
1 976

"iPhone 15" haqqında ilkin məlumatlar AÇIQLANDI

"iPhone 15" smartfonlarında hansı dəyişikliklərin olacağı barədə ilkin açıqlamalar verilib. 
Xarici KİV xəbər verir ki, insayderlərin verdikləri məlumata əsasən, "Foxconn" şirkəti bu ilki "iPhone 15" smartfonlarının dizaynlarını artıq təsdiqləyib.
Eyni zamanda, sözügedən smartfonlar barəsində bəzi məlumatlar da təqdim edilib. Öncə insayderlər bildiriblər ki, bu il Apple "iPhone 15 Pro Max" əvəzinə "iPhone 15 Ultra"nı təqdim edəcək.
O həmin flaqman smartfon olaraq qalacaq. Sadəcə olaraq şirkət onun adını dəyişəcək. Bundan əlavə, insayderlər bu il bütün "iPhone 15" modelləri ekran üzərində "Dynamic Island" çıxıntısını əldə edəcəklər. Keçən il isə bu özəlliyi yalnız "iPhone 14 Pro" modellərində təqdim olunmuşdu.
Məlumata əsasən, adi "iPhone 15" ilə "iPhone 15 Pro" 6.1 düym, "iPhone 15 Plus" ilə "iPhone 15 Ultra" isə 6.7 düym ekrana sahib olacaqlar. "iPhone 15 Pro" modeli A17 Bionic prosessoru, USB Type-C girişi, 8 GB RAM və periskop teleobyektiv ilə təchiz olunacaq.
"iPhone 15" modellərindən biri fiziki düymələrdən məhrum olacaq. Çox güman ki, söhbət, "iPhone 15 Ultra" modelindən gedir. Onda fiziki düymələrin sensorlu analoqlar ilə əvəzlənməsi gözlənilir.
Verilən məlumata görə, "iPhone 15" smartfon seriyasının təqdimatı bu ilin sentyabr ayında baş tutacağı ehtimal olunur.

Oxşar xəbərlər