"Laçın dəhlizinin işini sülhməramlılar təmin etməlidir" - Paşinyan
10-01-2023, 12:44
1 985

"Laçın dəhlizinin işini sülhməramlılar təmin etməlidir" - Paşinyan

Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb.
Erməni KİV-ləri xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
"Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olmalıdır. Başqa heç bir qurum Laçın dəhlizinə nəzarət etməməlidir", - Paşinyan açıqlayıb. 
O, həmçinin qeyd edib ki, yaranmış vəziyyətlə bağlı deyəcəkləri artıq ictimaiyyətə açıqlanıb. 

Oxşar xəbərlər