Rusiyada bir gündə 2 təyyarə qəzası baş verdi
10-01-2023, 19:18
8 285

Rusiyada bir gündə 2 təyyarə qəzası baş verdi

Yanvarın 10-u Rusiya hava limanlarında iki fövqəladə hadisə baş verib.
Rusiya KİV-ləri xəbər verir ki, Xabarovsk diyarında eniş zamanı təyyarənin şassisi partlayıb, Norilskdə isə təyyarə eniş zolağından çıxıb.
Xabarovskda "Cessna-208" özəl təyyarəsi hava limanına enərkən zədələnib. Ölən və yaralanan yoxdur. Hazırda hava limanı bağlıdır.
Norilskdə Moskvaya uçan "Nord Star" təyyarəsi uçuş-enmə zolağından çıxıb. Təyyarədə 116 sərnişin və altı heyət üzvü olub. Zərərçəkənlər barədə məlumat verilməyib. 

Oxşar xəbərlər