Avropada qazın qiyməti 800 dolları ötdü
10-01-2023, 20:21
8 283

Avropada qazın qiyməti 800 dolları ötdü

Avropada təbii qazın qiyməti bu il ilk dəfə olaraq min kubmetr üçün 800 dolları ötüb.
Niderlandın TTF mərkəzi üzrə bir gün öncəsi müqavilə min kubmetr üçün 818 dollara, “ICE Futures” birjasında isə fevral TTF fyuçersləri 836 dollara çatıb.
Bayramdan sonra temperaturun aşağı düşməsi və sənaye fəaliyyətinin bərpası ilə təbii qazın qiymətləri yüksəlir.

Oxşar xəbərlər