Dünyada hər 4 saniyədə bir uşaq ÖLÜR
10-01-2023, 23:27
8 500

Dünyada hər 4 saniyədə bir uşaq ÖLÜR

BMT-nin Uşaq Ölümünün Təxminləri üzrə Təşkilatlararası Qrupunun (UN IGME) son hesabatına əsasən, 2021-ci ildə 5 milyon uşaq 5 yaşına çatmadan dünyasını dəyişib. 2,1 milyon 5-24 yaşlı gənc isə dünyasını dəyişib.
BMT-nin digər hesabatına görə, eyni dövrdə 1,9 milyon körpənin ölü doğulduğu aşkarlanıb, halbuki səhiyyə sisteminə ədalətli çıxış və yüksək keyfiyyətli uşaq sağlamlığı xidmətləri ilə bu ölümlərin qarşısını almaq olardı.
2000-ci ildən bəri bütün dünyada ölüm riski bütün yaşlarda daha aşağı qeydə alınıb, 5 yaşdan kiçik uşaqların ölümləri isə qlobal miqyasda 50 faiz azalıb.
Bununla belə, 2010-cu ildən sonra ölüm nisbətlərinin azalması əhəmiyyətli dərəcədə azalmağa başlayıb və 54 ölkə 5 yaşadək uşaqların ölümü ilə bağlı qarşıya qoyduğu Dayanıqlı İnkişaf Məqsədlərinə çatmamaq riski ilə üzləşib.
2021-ci ildə hər 4 saniyədə bir uşaq və ya gəncin öldüyünü açıqlayan BMT, sağlamlıq sistemlərinin kifayət qədər inkişaf etmədiyi təqdirdə 2030-cu ilə qədər təxminən 59 milyon uşaq və gəncin ölə biləcəyi, 16 milyon körpənin isə ölü doğuş səbəbiylə ölə biləcəyi xəbərdarlığı edib. 

Oxşar xəbərlər