Kaliforniyada 10 minə yaxın adam təxliyə ediləcək
10-01-2023, 16:48
658

Kaliforniyada 10 minə yaxın adam təxliyə ediləcək

ABŞ-ın Kaliforniya əyalətində şiddətli yağış və şiddətli fırtına səbəbiylə 14 nəfər həyatını itirib, 10 minə yaxın adam üçün təxliyə əmri verilib.
Səlahiyyətlilər Karpinteriya bölgəsindəki Montecito, Toro Kanyonu, Sycamore Kanyonu və Padaro Lane sakinlərinə dərhal yaşayış yerlərini boşaltmağı əmr edib.
Milli Meteoroloji Xidmətin verdiyi açıqlamada , xüsusilə Kaliforniyanın cənubunda fırtına və güclü yağıntı ehtimalının bu gün də davam etdiyi bildirilib.
ABŞ prezidenti Cozef Bayden ştatda fırtınalar, küləklər və yağışlarla əlaqədar yanvarın 8-də fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.

Oxşar xəbərlər