Dünyanın ən böyük ralli marafonunda qəza ölümlə nəticələndi
11-01-2023, 11:48
8 770

Dünyanın ən böyük ralli marafonunda qəza ölümlə nəticələndi

Səudiyyə Ərəbistanında baş tutan Dakar marafonunda ölüm hadisəsi baş verib. 
Belə ki, yük maşınlarının yarışına başçılıq edən çexiyalı Aleş Loprays italiyalı fotoqrafın ölümünə səbəb olub. Fotoqraf uğurlu və effektiv kadr çəkməkdən ötrü düzgün yer seçməyib və nəticədə “Praga” markalı yük maşınının altında qalıb. 
Kadrlardan da göründüyü kimi, fotoqraf hadisədən dərhal sonra şok effektində ayağa qalxır. Lakin sonra müvazinətini itirərək yenidən yıxılır. O, helikopterlə hospitala çatdırılarkən yolda dünyasını dəyişib. 
Qaydalara görə, sürücü yarışdan kənarlaşdırıla bilər. Müvafiq qərarı hakimlər bu gün açıqlayacaqlar.

Mənbə: Campionat.com

Oxşar xəbərlər