Pakistan Ukraynaya yeni silahlar verəcək
11-01-2023, 11:52
8 778

Pakistan Ukraynaya yeni silahlar verəcək

Pakistan Ukraynaya 155 mm-lik artilleriya mərmiləri və digər döyüş sursatları olan 159 konteyner verəcək.
Bu barədə “The Economic Times” məlumat yayıb. 
“Vesuvius 155 mm-lik mərmilər, M4A2 mərmiləri, M82 artilleriya podları və PDM detonatorları daşıyacaq. Onlar İslamabadda yerləşən silah təchizatçısı DMI Associates tərəfindən Şərqi Avropanın müdafiə şirkətləri ilə əməkdaşlıq çərçivəsində təmin ediləcək”, - deyə məlumatda bildirilir.
Bunun müqabilində Pakistan Ukraynadan Mi-17 helikopterlərinin modernləşdirilməsində, həmçinin 320 T-80UD tankından ibarət donanmanın təmirində kömək alacağını gözləyir. Nəşrin məlumatına görə, Pakistan helikopterləri ilə təyyarə mühərrikləri və sənaye dəniz qaz turbinləri istehsal edən Ukrayna şirkəti məşğul olacaq.

Oxşar xəbərlər