“Dior” brendinin yeni rəhbəri məlum oldu
12-01-2023, 12:37
1 374

“Dior” brendinin yeni rəhbəri məlum oldu

Dünyanın ən zəngin şəxslərindən olan Bernar Arno qızı Delfini lüks mallar imperiyası LVMH-nin ikinci ən böyük brendi olan “Christian Dior”un rəhbəri təyin edib.
Yanvarın 11-də milyarder qızının 382 milyard avro dəyərindəki konqlomeratın bir hissəsi olan “Dior”un baş direktoru və Direktorlar Şurasının sədri olacağını açıqlayıb.
Xanımın fevralın 1-də yeni vəzifəsinin icrasına başlayacağı bildirilib.
Qeyd edək ki, fransız iş adamının 47 yaşlı qızı “McKinsey” konsaltinq firmasında iki il işlədikdən və London İqtisadiyyat Məktəbində təhsil aldıqdan sonra 2000-ci ildə ailə biznesinə qoşulub. O, 2003-cü ildə LVMH-nin idarə heyətinə qatılan ilk qadın və ən gənc üzv olub.
Keçən ay Bernar Arno oğlu Antuanı LVMH qrupunda kapitalın 41%-nə və səsvermə hüquqlarının 56%-nə nəzarət edən holdinq şirkəti “Christian Dior”un baş direktoru və sədri təyin edib.

Mənbə: gazeta.ru

Oxşar xəbərlər