Saray işçiləri Meqandan zorakılıq görüblər
12-01-2023, 16:59
6 786

Saray işçiləri Meqandan zorakılıq görüblər

Kensington Sarayının işçiləri Meqan Marklın onları təhqir etdiyini söyləyib. 
Bu barədə britaniyalı yazıçı Valentin Lounun “The Courtiers: The Intrigues, Ambiitions and Powers Behind the House of the Windsor” kitabında təsvir edilib.  
Yazıçı qeyd edib ki, söhbət etdiyi şəxslər M.Marklın sarayda yaşadığı dövrdə onlarla pis rəftar etdiyini, daima əməkdaşları göz yaşlarına boğduğunu iddia etməkdə davam edir.
Qeyd olunur ki, bu, Markla qarşı ilk belə ittihamlar deyil.  Əvvəllər Kensinqton sarayının iki əməkdaşının məhz şahzadə Harrinin həyat yoldaşına görə işdən çıxmağa məcbur edildiyi bildirilir.

Oxşar xəbərlər