Cansu Dere qidadan zəhərləndi
13-01-2023, 10:50
1 426

Cansu Dere qidadan zəhərləndi

Türkiyəli məşhur aktrisa Cansu Dere təyyarədə olarkən halı pisləşib.  
Həmkarı Melis Sezenle İspaniyaya mükafat almağa gedən aktrisanın qidadan zəhərləndiyi bildirilib. Belə  ki,  uçuşu ləğv edilən Cansu xəstəxanaya yerləşdirilib.  Hazırda onun vəziyyəti stabildir. 
Qeyd edək ki, hər iki ad "Sadakatsiz" serialındakı uğurlarına görə İspaniyanın “milli mədəni dəyərləri” arasında yer alan Torvizkon kəndinin yerli bayramı “Qızıl Üzüm Mükafatları”na dəvət olunubmuş.

Oxşar xəbərlər