Hindistanda ağır yol qəzasında 10 nəfər öldü
13-01-2023, 10:56
1 587

Hindistanda ağır yol qəzasında 10 nəfər öldü

Hindistanın qərbindəki Maharaştra ştatında səhər saatlarında sərnişin avtobusu ilə yük maşınının toqquşub.
Hadisə nəticəsində azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb. Avtobusda 45 sərnişin olub. Ölənlər arasında qadınlar və uşaqlar da var.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyəti ağırdır. Həkimlər yol qəzalarında ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

Oxşar xəbərlər