Virus üçün ikiqat “uğur” - “Kraken”in əsas təhlükəsi açıqlandı
13-01-2023, 12:39
2 262

Virus üçün ikiqat “uğur” - “Kraken”in əsas təhlükəsi açıqlandı

Koronavirusun “Omikron” ştammının “XBB.1.5” və ya “kraken” subvariantında yaranan mutasiyalar ona hüceyrələrə daha effektiv şəkildə yapışmağa və anticisimlərdən qaçmağa imkan verir.
Bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun (Rusiya) genom mühəndisliyi laboratoriyasının rəhbəri, virusoloq Pavel Volçkov deyib.
“Kraken”dəki F486P mutasiyası nəinki hüceyrələrə daha yaxşı yapışmağa, həm də onu neytrallaşdıra biləcək anticisimlərdən yayınmağa imkan verir. Bu, virus üçün ikiqat uğurdur”, - deyə o, izah edib.
Lakin o, bununla belə “omikron”a qarşı immunitetin ümumiyyətlə köməksiz olmadığını vurğulayıb.
“Hazırda Çində inkişaf edən variantlardan daha çox qorxardım. Böyük ədədlər nəzəriyyəsi bizə deyir ki, məhz oradan yeni təhlükəli koronavirus ştammının gəlişini gözləmək olar”, - deyə həkim əlavə edib.
Xatırladaq ki, artıq Azərbaycanla sərhəd Gürcüstan və Rusiyada “kraken”ə yoluxma hadisəsi qeydə alınıb.
Mənbə: Gazeta.ru

Oxşar xəbərlər