Soledarın tutulması barədə Rusiyanın açıqlaması təkzib edildi
13-01-2023, 15:36
6 948

Soledarın tutulması barədə Rusiyanın açıqlaması təkzib edildi

Rus qoşunları Soledar şəhərini tuta bilməyib. Onların şəhərin guya ələ keçirilməsi ilə bağlı dedikləri həqiqətə uyğun deyil.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Serhiy Çerevatı deyib.
"Xeyr, bu doğru deyil. Şəhərdə döyüşlər gedir", - Çerevatı Rusiya Federasiyasının açıqlamasını təkzib edib.
Lakin o, təhlükəsizlik səbəbi ilə təfərrüatları açıqlamayıb.
Xatırladırıq ki, bu gün Rusiya Federasiyasının Müdafiə Nazirliyi Soledarın ələ keçirilməsini elan edib.

Oxşar xəbərlər