Putin bunu qadınlarına qadağan etdi
13-01-2023, 16:53
6 613

Putin bunu qadınlarına qadağan etdi

Rusiya prezidenti Vladimir Putin qadınlara, uşaqlara və qeyri-zorakı cinayətlərdə şübhəli bilinənlərə qandaldan istifadəni qadağan edib.
Bu barədə Kremlin saytında məlumat dərc olunub.
“Qadınlara, yetkinlik yaşına çatmayanlara, habelə zorakılıqla bağlı olmayan cinayətlər törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə qarşı xüsusi “Azhur” hərəkətini məhdudlaşdıran vasitələrdən istifadənin qarşısının alınması üçün tədbirlər görülsün”, - deyə nəşrdə bildirilir.
Bildirilir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətə əmr verilib.

Oxşar xəbərlər