Rekord sayda yol BAĞLANDI
14-01-2023, 12:44
8 190

Rekord sayda yol BAĞLANDI

Peruda hökumət əleyhinə etirazçılar tərəfindən bağlanan yolların sayı rekord həddə çatıb.
Bu barədə “El Comercio” qəzeti məlumat yayıb.
Ölkənin 8 rayonundakı 83 yol bağlanıb.
Ən çox bağlı yol Puno və Kusko departamentlərində olub.
Burada müvafiq olaraq 30 və 18 yol bağlanıb.
Problemlər təkcə quru yox, həm də hava nəqliyyatına aiddir.
Xatırladaq ki, etirazçılar hökumət əleyhinə etiraz edir.
Cümə günü iğtişaşlarda iştirak etdiklərinə görə 300-dən çox adamın saxlanıldığı bildirilib.
Hadisələr nəticəsində 42 nəfər ölüb, 531 nəfər isə yaralanıb.

Oxşar xəbərlər