Alman polisi etirazçılara qarşı bibər qazından istifadə edib
15-01-2023, 16:41
8 639

Alman polisi etirazçılara qarşı bibər qazından istifadə edib

Almaniyanın qərbində toplaşan ətraf mühit fəalları arasından radikal nümayişçilər polislə qarşıdurmaya giriblər. 
Bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Məlumata görə, nümayiş tərk edilmiş Lutzerat qəsəbəsinin yanında keçirilir. Polis etirazçılara qarşı su şırnaqları və bibər qazından istifadə edib.
Qeyd olunub ki, nümayişçilər yeni mədən tikintisinə və binaların sökülməsinə qarşıdırlar. Bəziləri polis kordonunu yarmağa və Lutzerata tərəf yönəlməyə çalışırlar.
Polisin rəsmi məlumatına görə, nümayişdə 10 min fəal iştirak edir. Aksiya təşkilatçıları 35 minə yaxın iştirakçının olduğunu iddia edirlər.

Oxşar xəbərlər