Baydenin evindən yeni məxfi sənədlər tapıldı
15-01-2023, 18:47
8 619

Baydenin evindən yeni məxfi sənədlər tapıldı

ABŞ prezidenti Cozef Baydenin şəxsi evində məxfi tipli daha bir neçə səhifə sənəd tapılıb.
Bunu dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber deyib.
Məlumata görə, sənədlər ABŞ dövlət başçısının Delaver ştatının Uilminqton şəhərindəki evində aşkarlanıb: "Məxfi məlumatlara çıxışım olduğundan mən çərşənbə günü prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsində kömək etmək üçün Vilminqtona getdim. Əlavə edilmiş materiallar arasında məxfi qrifli daha beş səhifə, yəni cəmi altı səhifə tapıldı" - Sauber bildirib.

Oxşar xəbərlər