Tokioya uçan təyyarə Bakı aeroportunda məcburi eniş edib
15-01-2023, 19:52
8 579

Tokioya uçan təyyarə Bakı aeroportunda məcburi eniş edib

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.
Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.
Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

Oxşar xəbərlər