"Rusiya terrorunu yalnız belə dayandırmaq olar" - Zelenski
15-01-2023, 21:00
8 561

"Rusiya terrorunu yalnız belə dayandırmaq olar" - Zelenski

Rusiya terrorunu yalnız döyüş meydanında dayandırmaq olar.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Dneprin vurulmasından sonrakı videomüraciəti zamanı deyib. 
Ukrayna liderinin sözlərinə görə, bunun üçün Ukraynaya tərəfdaşların anbarlarında olan və əsgərlərin gözlədiyi silahlar lazımdır: "Biz onlarla insanı xilas edə bildik - yaralılar, travmalar var, onlara köməklik göstərilir. Onların arasında uşaqlar var, ən kiçik qızın üç yaşı var. Hələlik bu qədərdir. Dağıntıların təmizlənməsi hələ də davam edir və gecə boyu davam edəcək".
Prezident qeyd edib ki, dağıntılar altında neçə nəfərin olduğu hələlik məlum deyil, qurbanların sayı hər saat artır.

Oxşar xəbərlər