"Arka Sokaklar" final edir?
16-01-2023, 11:32
1 221

"Arka Sokaklar" final edir?

Türkiyənin ən uzunömürlü seriallarından olan "Arka Sokaklar"ın final olacağı bildirilir. 
"A magazine" xəbər verir ki,  prodüser Türker İnanoğlunun xəstəliyi səbəbindən 45 gündür yayımlanmayan “Arka Sokaklar”ın çəkilişləri növbəti dəfə də yarımçıq qalıb. İddiaya görə, prodüser  aktyorlara “yeni iş təkliflərini dəyərləndirin” deyib.
Bununla yanaşı, yeni mövsümündə "Məsud Komiser" kimi əhəmiyyətli bir personajı itirən serialda reytinqlər düşməyə başlayıb. Şevket Çoruh layihəyə qayıtmaq istəmədiyini bəyan edib və o fərqli iş təkliflərini dəyərləndirəcəyini bildirib.   Lakin "Arka Sokaklar"ın pərəstişkarları "Məsud Komiser"in serialda yenidən rol almasını dəstəkləyiblər. 

Oxşar xəbərlər