“Hamı Rusiyanın üzərinə getsə də biz bunu etmədik” - Ərdoğan
16-01-2023, 21:13
8 023

“Hamı Rusiyanın üzərinə getsə də biz bunu etmədik” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə münasibətlərindən danışıb.
Onun sözlərinə görə, hamı  Rusiya Federasiyasına “hücum” edərkən, Türkiyə bunu etməyib.
“Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq”, - Türkiyə lideri bildirib.
Siyasətçi Rusiya prezidentinin ehtiyacı olan ölkələrə pulsuz ərzaq göndərilməsi təklifinə də diqqət çəkib.
“Putin dedi: “Buyurun, mən pulsuz taxıl göndərəcəyəm”. “Biz onu una çevirib kasıb ölkələrə göndərəcəyik” dedi Ərdoğan cavabında bildirib.
Bundan əvvəl Ərdoğan Putinlə “etibarlı münasibət” olduğunu etiraf etmişdi. Putin Ərdoğanı çətin, lakin etibarlı tərəfdaş adlandırmışdı .

Oxşar xəbərlər