Təqdim edilməmiş smartfonun görüntüləri sızdırıldı
16-01-2023, 15:32
7 259

Təqdim edilməmiş smartfonun görüntüləri sızdırıldı

“OnePlus Nord CE 3” smartfonunun fotoları sızdırılıb.  
Telefonun şəkillərini “Mysmartprice” saytı yayıb.
Məlumata görə, hələ təqdim edilməmiş smartfon “Nord CE 2” ilə müqayisədə bir xeyli fərqli görünüşə sahibdir. Bu modeldə ekran üzərindəki ön kamera çıxıntısı mərkəz hissədə yerləşəcək. “Nord CE 2”də ön kamera çıxıntısı yuxarı sol hissədə yerləşir. Arxa kamerasının dizaynı isə tamamilə dəyişilib. Belə ki, kamera iki geniş dairəvi bölümdən ibarət olacaq və bu sahələr özlərində 3 kamera obyektivini birləşdirəcək.

Oxşar xəbərlər