Türkiyədə “qanuni oğru” güllələndi
16-01-2023, 15:35
7 259

Türkiyədə “qanuni oğru” güllələndi

Türkiyənin Trabzon şəhərində kriminal dairələrdə "Rezo Tbilisski" kimi tanınan 64 yaşlı gürcü “qanuni oğru” Revaz Lortkipanidze güllələnib. 
Xarici medianın xəbərinə görə, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə iştirak etməkdə şübhəli bilinən 4 nəfəri isti izlərlə saxlayıb.
Onlar Bolqarıstandan Türkiyəyə daxil olublar.
Dəfələrlə məhkum olunmuş Lortkipanidze ən təcrübəli və hörmətli adamlardan biri hesab olunurdu. O, qədim bir knyaz ailəsinin nəslindən idi.
2022-ci ilin yanvarında Kutaisi oğru diasporasının liderlərindən biri, kriminal mühitdə daha çox Şotiko kimi tanınan Şota Tevdoradzenin Yunanıstanda aradan götürülmüşdü. Qətl Afinada oğlunun gözü qarşısında baş vermişdi.

Oxşar xəbərlər