"Rusiyanın sanksiyalarına məruz qalmağıma şadam" - Britaniya xarici işlər naziri
16-01-2023, 18:42
6 291

"Rusiyanın sanksiyalarına məruz qalmağıma şadam" - Britaniya xarici işlər naziri

Britaniya xarici işlər naziri Ceyms Kleverli Rusiyanın ona qarşı sanksiya tətbiq etməsinə münasibət bildirib.
Bu barədə xarici işlər naziri Kleverli "Twitter"də paylaşım edib.
"Rusiya hökuməti tərəfindən mənə sanksiya tətbiq olunub. Bu yaxşıdır. Əgər bu, Ukraynanın azadlığını dəstəkləməyin bədəlidirsə, sanksiyaya məruz qalmağıma şadam", o qeyd edib.

Oxşar xəbərlər