Fransada zəhərli hava ilə bağlı təhlükə: Litium batareyaları anbarı yanır
17-01-2023, 12:03
807

Fransada zəhərli hava ilə bağlı təhlükə: Litium batareyaları anbarı yanır

Fransanın Qran-Kuron şəhərində litium batareyaları olan anbar yanır. Hadisə ilə bağlı yayılan kadrlarda müəssisənin alovlara büründüyü görünür.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Onlar alovun qarşısını almağa çalışırlar. Amma hələ ki nəticə ala bilməyiblər. Yanğın yaxınlıqda yerləşən, 70 minə yaxın avtomobil təkərinin saxlanıldığı anqara keçib.

Yanğının ümumi sahəsi təxminən 12 min kvadratmetrdir.
Qeyd edilir ki, litium yandıqda zəhərli ola bilər.
Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

Mənbə: Mir24 TV

Oxşar xəbərlər