Çinin əhalisi azalır
17-01-2023, 23:49
7 264

Çinin əhalisi azalır

Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə olaraq 2022-ci ildə 1 milyard 411 milyon 800 minə qədər azalıb.
Çin Milli Statistika Bürosu 2022-ci ilin sonuna qədər əhalinin 850 min nəfər azaldığını açıqlayıb.
Buna görə ölkə əhalisinin sayı 1 milyard 411 milyona enib. 2021-ci ildə doğum nisbəti mində 7,52 olduğu halda, 2022-ci ildə bu nisbət 6,77-yə enib.
Ölüm nisbətləri də 1974-cü ildən bəri rekord həddə çatıb. 2021-ci ildə ölüm nisbəti mində 7,18 olarkən; 2022-ci ildə bu, min nəfərə 7,37 olub.
Ekspertlər 2050-ci ilə qədər Çin əhalisinin 109 milyon nəfər azalacağı qənaətindədirlər.

Oxşar xəbərlər