Üç gün dağıntılar altında qalan 39 ukraynalının dəhşəti
17-01-2023, 14:56
6 386

Üç gün dağıntılar altında qalan 39 ukraynalının dəhşəti

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukaynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən həftənin şənbə günü Dnepr şəhərində yaşayış kompleksinə endirilən raket zərbələri nəticəsində dağıntılar altından 39 nəfər çıxarılıb.
Son məlumata görə, hücum nəticəsində 40 nəfər ölüb, 80 nəfər yaralanıb. Yaralılardan 16-sının uşaq olduğu bildirilir.
Qeyd edilib ki, Baxmut və Soledar istiqamətində gərginlik daha da artıb. Ukrayna Silahlı Qüvvələri küçə döyüşlərində 15 yaşayış məntəqəsini işğaldan azad edib.
O da bildirilib ki, Ukrayna Ordusu Luqansk istiqamətində də irəliləyir. Kremeno şəhəri ətrafında ağır döyüşlər gedir.

 

Oxşar xəbərlər