Hamının gözlədiyi film GƏLİR - 7 qadının hekayəsi
18-01-2023, 12:01
872

Hamının gözlədiyi film GƏLİR - 7 qadının hekayəsi

Rejissoru Serdar Akar olan “Kadınlara mahsus” filmi fevralın 17-də ekranlara girməyə hazırlaşır.
Xarici KİV xəbər verir ki, ssenarisi Nergis Otluoğlu Akoğlu tərəfindən yazılmış film üçün kamera qarşısına məşhur aktyorlardan Melisa Aslı Pamuk, Şebnem Sönmez, Başak Parlak, Ceyda Düvenci, Aslı Tandoğan, Elifcan Ongurlar, Müjde Uzman, Merve Çağrıran, Ertan Şaban, Nami Esatgil, Yurdaer Okur və Halil İbrahim Yılmaz keçib. 
Şəxsi həyatda bir araya gələn 7 qadının təsirli hekayəsini ekrana gətirəcək film “Qadınlar qadının qurdu deyil, Vətənidir” şüarı ilə ekranda yer alacaq.
İstehsal üçün xüsusi təbliğat və maarifləndirmə işi aparılıb. Baş rol ifaçıları bu dəfə “qadınlara qarşı zorakılığa” diqqət çəkən mesajlar verdilər.
Hazırlanan mini tizerlər sosial media vasitəsilə izləyicilərə təqdim olunmağa başlayıb. Aslı Tandoğan, "Sivilizasiya səviyyəmizi ölçmək üçün qadınlarımıza etdiklərimizə baxmaq kifayətdir" dedi.

Oxşar xəbərlər