Ukraynada helikopter uşaq bağçasına düşdü - 5 ÖLÜ
18-01-2023, 12:12
1 138

Ukraynada helikopter uşaq bağçasına düşdü - 5 ÖLÜ

Yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib. 
Bu barədə Ukrayna KİV-ləri məlumat dərc edib. Hadisə nəticəsində azı 5 nəfər həlak olub. 
Məlumata görə, helikopter uşaq bağçasına düşərək yanmağa başlayıb. 
Kiyev vilayəti polisinin nümayəndəsi Pryanişnikova Suspilnıya bildirib ki, insanlar təxliyə edilir: "Helikopter uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb. Artıq 5 nəfərin öldüyü barədə məlumat var. İlkin məlumata görə, ölənlərdən bəziləri uşaqlardır". 



Oxşar xəbərlər