Rusiya səfirliyi Krımı Ukrayna ərazisi kimi göstərdi
18-01-2023, 12:56
1 178

Rusiya səfirliyi Krımı Ukrayna ərazisi kimi göstərdi

Rusiyanın İsveçdəki səfirliyi Krımı Ukrayna ərazisi kimi göstərib. 
Bu barədə səfirliyin rəsmi "Twitter" səhifəsində dərc etdiyi xəritədə qeyd olunub. 
Avropada yanacağın orta qiymətlərini müqayisə edən xəritə (məlumat mənbəyi göstərilmədən) Ukraynanı Krım da daxil olmaqla beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində göstərir.
Həmçinin, xəritədə 2022-ci ilin sentyabrında, tammiqyaslı müharibənin başlamasından sonra Ukraynanın dörd bölgəsinin Rusiya tərəfindən ilhaqı əksini tapmayıb.

Oxşar xəbərlər