Bvlgari “Blackpink” ulduzuna saat həsr etdi
18-01-2023, 13:25
1 238

Bvlgari “Blackpink” ulduzuna saat həsr etdi

İtalyan brendi “Bvlgari” Blackpink-dən K-pop müğənnisi Lisa ilə məhdud sayda saat buraxıb. 
Yeni model poladdan və qızıldan hazırlanıb, siferblat yaşıl, mavi və bənövşəyi çalarları ehtiva edir və brilyantlarla bəzədilib. Saatın arxa tərəfində
Lizanın sevimli gülü Edelveys, müğənninin baş hərfləri və brendin adı həkk olunub. 
Saatların məhdud seriyası 700 ədəd həcmində buraxılıb. 

Oxşar xəbərlər