BTS-in bu üzvü də brend siması oldu
18-01-2023, 13:31
1 252

BTS-in bu üzvü də brend siması oldu

İtalyan moda evi “Valentino” BTS üzvü Suqa ilə müqavilə imzalayıb.
İndi cənubi koreyalı müğənni brend səfiri olacaq. Sənətçinin markanın kişilər xəttinə həsr olunmuş “Maison Valentino Essentials” kampaniyasında da iştirak edəcəyi gözlənilir.
Cənubi Koreyanın məşhur BTS qrupu bir neçə ildir ki, dünyanın aparıcı moda evləri ilə fəal əməkdaşlıq edir. “Dior” bu yaxınlarda qrup üzvü Jimin ilə müqavilə imzalayıb və 2021-ci ildə qrup üzvləri “Louis Vuitton” reklam kampaniyası üçün modellik ediblər.

Oxşar xəbərlər