Türkiyə-İran sərhədində zəlzələ oldu - Naxçıvanda hiss edildi
18-01-2023, 14:55
7 247

Türkiyə-İran sərhədində zəlzələ oldu - Naxçıvanda hiss edildi

Naxçıvan stansiyasından 100 km cənub-qərbdə Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 14:08-də. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 5.9, dərinliyi 2 km olub.
Qeyd edək ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib. Zəlzələ təxminən 12-14 saniyə davam edib.

Oxşar xəbərlər