Dünyada hər 4 gündən bir jurnalist ÖLDÜRÜLÜR
18-01-2023, 18:24
6 620

Dünyada hər 4 gündən bir jurnalist ÖLDÜRÜLÜR

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) “2021-2022-ci illərdə İfadə Azadlığı və Medianın İnkişafı üzrə Dünya Meyilləri” adlı hesabatında ötən il dünyada 86 jurnalistin öldürüldüyü, yəni medianın hər 4 gündə bir işçisi öldürülür. 
YUNESKO-nun hesabatla bağlı bəyanatına görə, Latın Amerikası və Karib hövzəsi jurnalistlər üçün ən ölümcül bölgə olub. Burada 2022-ci ildə 44 qətl hadisəsi baş verib.
Asiya və Sakit okean hövzəsində 16, Şərqi Avropada isə 11 qətl hadisəsi qeydə alınıb. Jurnalistlərin ən çox öldüyü ölkə 19 qətllə Meksika olub. Meksikadan sonra 10 qətllə Ukrayna və 9 qətllə Haiti yer alıb.
Öldürülən jurnalistlərin demək olar ki, yarısı işdən kənarda hədəfə alınıb; Bəzilərinin səyahət edərkən, evlərində, dayanacaqlarında və ya vəzifə yerinə yetirmədikləri digər ictimai yerlərdə hücuma məruz qaldığı bildirilir.

Oxşar xəbərlər