Serdar Ortaçın sağlığı yenidən pisləşdi
19-01-2023, 12:08
1 326

Serdar Ortaçın sağlığı yenidən pisləşdi

Türkiyəli pop müğənnisi Serdar Ortaçın sağlığı yenidən pisləşib.
İllərdir Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən 52 yaşlı  ifaçı bununla bağlı açıqlama verib.
“Konsert verməsəm bu xəstəliklə başa çıxa bilmərəm. Konsertsiz olmur. Bu xəstəliyə artıq dözə bilmirəm. 1 il yarımdır ki, velosiped sürmürəm. Sol ayağımda daha bir damar tutulması yaşadım. Ümid edirəm ki, keçəcək”, - deyə Ortaç bildirib.

Oxşar xəbərlər