Etirazçılar İrəvanda mərkəzi küçələri bağladılar - Video
19-11-2020, 14:12
217

Etirazçılar İrəvanda mərkəzi küçələri bağladılar - Video

Ermənistanın paytaxtı İrəvanda müxalifət tərəfdarları mərkəzi küçələri bağlayıblar.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, etirazçılar “Nikol xaindir” şüarını səsləndirərək Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
İrəvanın mərkəzindəki Amiryan-Maştots kəsişməsində nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə yerinə çoxlu polis cəlb edilib.



Oxşar xəbərlər