Kliçko Consona Kiyevin fəxri vətəndaşı adı verdi
19-01-2023, 18:58
9 224

Kliçko Consona Kiyevin fəxri vətəndaşı adı verdi

Kiyev meri Vitali Kliçko Davosda Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ilə  görüşüb.
Bu barədə o, özünün Telegram kanalında yazıb.
Kliçko vurğulayıb ki, Consona mükafatı - 2022-ci ilin noyabr ayının sonunda şəhər şurası tərəfindən ona verilən Kiyevin fəxri vətəndaşı adını təqdim edib.
“Boris Ukrayna paytaxtına həm dinc vaxtlarda, həm də Rusiya təcavüzkarına qarşı mübarizəmizin ən dramatik vaxtında dəfələrlə səfər edib. Böyük Britaniyanın baş naziri Conson Ukraynaya kömək etmək üçün əlindən gələni etdi. Və o, bizi dəstəkləməyə və sivil dünyanı lazımi dəstəyə inandırmağa davam edir”, - Kliçko yazıb.
O, görüşün Ukrayna Evində baş tutduğunu vurğulayıb.
Daha əvvəl Kliçko elan edib ki, şəhər şurası Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona fəxri vətəndaş adının verilməsi barədə qərarı təsdiqləyib.

Oxşar xəbərlər