Mayklın filminin rejissoru o oldu
19-01-2023, 14:13
1 577

Mayklın filminin rejissoru o oldu

Əfsanəvi ulduz Maykl Ceksonun həyatından bəhs edən filmin rejissoru məlum olub.
Ekran işinin rejissorluğunu “The Equalizer”, “King Arthur” kimi layihələrdə imzası olan Antuan Fukua edəcək.

“Onun musiqisi və bu obrazlar mənim dünyagörüşümün bir hissəsidir. Musiqisi ilə ekranda hekayəsini danışmaq şansı qarşısıalınmaz idi”, - deyə, rejissor bildirib.
“Michael” filminin istehsalçısı isə “Lionsgate” şirkətidir. Layihə mərhum Ceksonun öz vəsaiti hesabında hazırlanır.

Oxşar xəbərlər