İraqda stadionda izdiham: Ölən və yaralananlar var
19-01-2023, 17:44
7 364

İraqda stadionda izdiham: Ölən və yaralananlar var

İraqın Bəsrə şəhərindəki beynəlxalq stadionda yaranan izdiham insan ölümü ilə nəticələnib.
Fars Körfəzi Kubokunun final mərhələsinin başlamasına bir neçə saat qalmış izdiham yaranıb.
Nəticədə bir nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Mənbə: Shafaq News

Oxşar xəbərlər