Çarli Çaplinin nəvəsi “Avatar-3”də mənfi obraz canlandıracaq
20-01-2023, 12:34
1 184

Çarli Çaplinin nəvəsi “Avatar-3”də mənfi obraz canlandıracaq

“Çarli Çaplinin nəvəsi Una Çaplin Ceyms Kemeronun “Avatar” franşizasının üçüncü hissəsində mənfi obraz canlandıracaq”.
Bu barədə “Avatar: Suyun yolu” filminin prodüseri Con Landau məlumat verib.
Una Çaplinin Varanq adlanan personajı Pandora planetinin yerli xalqlarından olan Navi Od qəbiləsinin başçısıdır. Prodüser Landau qeyd edib ki, bu xarakter aborigen qəbiləsinin digər nümayəndələrindən daha mənfi fiqur olacaq.
“Yaxşı insanlar var və pis insanlar var. Eyni şey Navi üçün də keçərlidir. Amma insanlar özlərini pis hesab etmirlər axı. Onların pis kimi qəbul etdiyimiz şeyə çevrilməsinin əsas səbəbi nədir?”,  - deyə prodüser əlavə edib.
Mənbə: Gazeta.ru

Oxşar xəbərlər