İstanbulda İŞİD və “Əl-Qaidə” üzvləri saxlanıldı
20-01-2023, 12:51
1 131

İstanbulda İŞİD və “Əl-Qaidə” üzvləri saxlanıldı

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda  İslam Dövləti və Əl-Qaidə qruplaşmasının 10 silahlısını saxlayıb.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“İstanbul Baş Prokurorluğu araşdırma zamanı İŞİD və “Əl-Qaidə” ilə əlaqəsi olan və yaraqlılarla münaqişə zonalarında olan şəxsləri müəyyən edib”, - nəşr yazır.
Saxlanılanların hamısının başqa dövlətlərin vətəndaşları olduğu qeyd edilir.

Oxşar xəbərlər