Bursa səmasında “UNO bulud” göründü: Bir saat havada asılı qaldı
20-01-2023, 13:14
1 061

Bursa səmasında “UNO bulud” göründü: Bir saat havada asılı qaldı

Türkiyənin Bursa şəhərində maraqlı təbiət hadisəsi müşahidə olunub.
Səmada əmələ gələn və uçan naməlum obyektə (UNO) bənzəyən bulud görənlərin marağına səbəb olub və valehedici atmosfer yaradıb.
Bursanın Kestel, Gürsu, Yıldırım, Osmanqazi və Nilüfer rayonlarından görünən və 1 saata yaxın havada asılı qalan bulud görənlərin diqqətini çəkib. Bir çox insan səmadakı bu təbiət hadisəsini mobil telefonları ilə lentə alıb.
Meteorologiya Baş İdarəsinin internet saytından əldə edilən məlumata görə, bu buludlar mərcək buludu adlanır və dağ yüksəkliklərindən gələn küləyin dalğalanması nəticəsində əmələ gəlir.  
Oroqrafik hadisənin nəticəsi olan və UNO-ya bənzəyən bu buludlar dağ və təpələrin yamacları boyunca küləklərin əsdiyi istənilən coğrafi ərazidə müşahidə oluna bilər.

Mənbə: Haber Global

Oxşar xəbərlər