Türkiyə və ABŞ F-35 məsləhətləşmələrini davam etdirəcək
20-01-2023, 21:38
8 389

Türkiyə və ABŞ F-35 məsləhətləşmələrini davam etdirəcək

Türkiyə Milli Müdafiə Nazirliyi dünən ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə F-35 təyyarələri ilə bağlı məsləhətləşmələr aparıldığını açıqlayıb.
Nazirlikdən verilən açıqlama belədir:
“Türkiyə və ABŞ müdafiə nazirlikləri nümayəndə heyətləri F-35 məsləhətləşmələrinin ikinci raundunu keçirdilər, birincisi Ankarada, ikincisi 18 yanvar 2023-cü ildə Vaşinqtonda oldu.
Nümayəndə heyətləri məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Növbəti görüşün 2023-cü ilin yazında Ankarada keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər