"KFC"də türkiyəli memar qız faciəvi şəkildə öldü
20-01-2023, 14:41
887

"KFC"də türkiyəli memar qız faciəvi şəkildə öldü

Maltada türkiyəli gənc qız öldürülüb.
Yerli media bildirir ki, hadisə yanvarın 18-i gecə saat 1 radələrində Qzira şəhərində qeydə alınıb. Türkiyəli Pelin Kaya "KFC" restoranında dostları ilə ad gününü qeyd edirmiş. Bu zaman yerli vətəndaş Ceremye Kamillerin idarə etdiyi avtomobil əvvəlcə yanacaqdoldurma məntəqəsinə sonra isə həmin "KFC" restoranına çırpılıb.
Nəticədə bədbəxtlikdən maşın ad gününü keçirən Pelin Kayanı əzərək, öldürüb.
Məhkəmə hadisənin qəsdən adam öldürmə olduğunu hesab edərək cinayət işi açıb. Sürücü həbs olunub.
Qeyd edək ki, P. Kaya memar olub.

Oxşar xəbərlər